Doğuş fəaliyyətinin anomaliyası

 08:31 15.04.2021     32

Doğuş fəaliyyətinin anomaliyası
Doğuş zamanı bəzi anomaliyalar baş verir.Bunlara aşağıdakılar aiddir:
* uşaqlığın yığılma qüvvəsinin azalması
* uşaqlığın yığılma qüvvəsinin zəifləməsi
* tutmalar arasındakı fasilələrin uzanması
* doğuş fəaliyyətinin zəifləməsi
Doğuş fəaliyyətinin zəifləməsində doğuş vaxtına yaxın qanda estrogen hormonlarının,oksitosinin,asetilxolenin və s.çatışmazlığı və ya bioloji aktiv maddələri parçalayan fermentlərin çoxalması rol oynayır.Sinir sisteminin funksiyasının pozulması sayəsində uşaqlığın qıcıqlanma qabiliyyətinin aşağı düşməsi,piylənmə,infantilizm,cinsiyyət üzvlərinin inkişaf qüsurları,endokrin mübadiləsinin pozğunluqları cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri,iri döl,çoxsululuq,çoxdöllülük,uşaqlığın mioması dölyanı mayenin vaxtından qabaq axmasına səbəb olur.
Bu zaman tutmalar kafi qüvvədə,lakin çox seyrək olur.Bəzən tutmalar tez-tez baş verə bilir,amma,qısamüddətli və zəif olur.
Doğuş zamanı qüvvələrin zəifləməsi bəzi patologiyaların meydana gəlməsinə səbəb ola bilir.Bu patologiyalara aiddir:
* qalxan infeksiyanın yaranması
* son və ya doğuşdan sonra qanaxmaların baş verməsi
* bətndaxili hipoksiya
* ölü doğuş
Qadının yorğunluğu və əvvəlcədən aparılmamış psixoloji məsləhətlər də doğuş zamanı patologiyaların əmələ gəlməsinə səbəb ola bilir.
Patologiyanı aradan qaldırmaq məqsədilə müəyyən tədbirlərə əl atılır.Tədbirlərdə əsas məqsəd doğuşun sürətini sürətləndirməkdən ibarətdir.Bu məqsədlə qadına kalorili yeməklər(kofe,şokolad,şirin çay) təklif edilir.
Doğuş fəaliyyətinin normal keçməsi məqsədilə qadının sidik kisəsi və bağırsaqlarının boşaldılması ilə də doğuşun sürətini normallaşdırmaq məqsədi güdülür.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/938990.html