Rusiya Krıma nüvə silahı yerləşdirib?

 08:30 15.04.2021     32

Ukrayna müdafiə naziri Krımda nüvə silahının yerləşdirilməsi ilə bağlı açıqlama verməklə Qərb ölkələrini qorxutmağı hədəfləyir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı senator Sergey Çekov deyib.

“Bax bu, səfehlik və uydurmadır. Ukraynadakı qorxular asanlıqda Avropa Parlamenti və Avropa Birliyinə yayılır. Görünür, o, Avropa ölkələrinə yalvararaq onlarda mərhəmət oyatmağa və pul dilənməyə çalışır”, - deyə Çekov bildirib.

Qeyd edək ki, Ukrayna müdafiə naziri Andrey Taran Avroparlamentdə çıxışı zamanı Rusiyanın Krıma nüvə silahı yerləşdirməsi üçün müvafiq infrastruktur yaratdığını bildirmişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/551926.html