Bakıda sərnişin avtobusu piyadanı vurub

 08:33 15.04.2021     32

Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə "Sərhədçi" İdman Kompleksinin qabağında baş verib.

Belə ki, 1954-cü il təvəllüdlü Elxanova Reyman Şəmməd qızını yolu keçərkən 81 nömrəli marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı avtobus vurub. Piyada sol qol və qabırğa sümüklərinin sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/939827.html