Evində 60-a yaxın heyvan saxlayan qadın həbs edildi

 08:38 15.04.2021     30

Yaponiyanın Tokio şəhərində 60-a yaxın heyvanı evində saxlayan qadın həbs edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 46 yaşlı qadın kiçik evində timsah və ilan da daxil olmaqla heyvanlar saxlayıb.

O, beş itlə pis rəftərda, onları ac qoymaqda ittiham edilib.

Onun evində 24 növ quş və heyvan olub.

Qadın bildirib ki, həmin heyvanları xarici ölkələrə koronavirusa görə təxirə saldığı səfərlərin puluna alıb.

O etiraf edib ki, həmin heyvanların qayğısını çəkmək üçün gücü kifayət qədər olmayıb.

Polis qonşuların qadının evindən ac itlər çıxdığı ilə bağlı şikayətindən sonra hadisə ilə maraqlanmağa başlayıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/939833.html