Dünyada son sutkada koronavirusa 679 mindən çox yoluxma qeydə alınıb

 08:43 15.04.2021     36

Dünyada son sutka ərzində 679 003 nəfər koronavirusa yoluxub, 10 367 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 136 996 364 yoluxma hadisəsi, 2 951 832 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 34 faizdən çoxu Avropanın (234 586) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (198 208) ilə Cənub-Şərqi Asiya (167 637) bölüşür.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/939828.html