Erməni ordusunun iki hərbçisi öldü, biri ağır yaralandı

 13:49 15.04.2021     44

Bu gün Ermənistanın Kotay vilayətində, Aramus kəndi yaxınlığında baş verən qəza nəticəsində iki erməni hərbçisi ölüb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

Bildirilib ki, ölənlər 1988-ci il təvəllüdlü baş serjant, muzdlu Aram Badalyan və 1992-ci il təvəllüdlü kiçik serjant, muzdlu Levon Mkrtumyandır. Hospitala yerləşdirilən digər əsgərlərdən birinin vəziyyəti ağırdır.

Xatırladaq ki, 6 erməni əsgərini maşınla vuran sürücü sərxoş olub. Hadisə yerindən qaçan 34 yaşlı sürücü artıq saxlanılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/552011.html