Buzlar əriyir: Türkiyə Misirə diplomatlar göndərir

 13:56 15.04.2021     46

Türkiyə və Misir xarici işlər nazirləri arasında görüş olacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Misir xarici işlər naziri Samih Şükrü ilə əvvəllər bir neçə dəfə görüşmüşük. Demək, bugünkü şərtlər daha münasibdir. Kəşfiyyatlar tərəfindən açılan kanaldan sonra xarici işlər nazirləri arasında bunun davam etməsi mövzusunda həmfikirik. Mən kanalda gəmi böhranı zamanı yardım təklifimizi etdi. O isə ehtiyac olarsa, bildirəcəyini dedi. Sonra da Ramazandan əvvəl zəng edib, təbrik etdi. Mayın əvvəlində bir heyət Misirə gedəcək, sonra biz Samih Şükrü ilə görüşəcəyik. Açıq müzakirə aparacağıq. Əlaqələrimizi lazımi səviyyəyə gətirəcəyik. Əlaqələrimizin ən gərgin olduğu dönəmdə belə bunu demişik ki, Misir xalqı bizim qardaşımızdır. İslam üçün, Afrika üçün Misir önəmli ölkədir. Misirin sabitliyi önəmlidir”, – deyə o bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/552004.html