Lukaşenko SİRLƏRİ AÇDI: Əliyev İrəvana pul təklif etmişdi

 14:00 15.04.2021     41

İlham Əliyev Paşinyandan əvvəlki hakimiyyətə konfliktin sülh yoluyla həllinə razılıq verəcəyi təqdirdə Qarabağı bərpa etməklə bərabər, Ermənistanı da qaldırmacağını təklif etmişdi.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda İlham Əliyevlə birgə keçirdiyi tədbirdə deyib. Görüşün görüntüsünü “Belarus 1” dövlət kanalı yayıb.

“Mən prezident olmayanda çoxlu yaxşı şeylər danışacağam. İlham Heydər oğlu erməni xalqına və Ermənistanın rəhbərliyinə bu konflikti sülhlə nizamlamağı təklif etmişdi. Təkliflərdən birini o mənə dedi: “Qulaq as, sənin ermənilərlə yaxşı münasibətlərin var. Onlara çatdır ki, mən təkcə Qarabağı yox, Ermənistanı da qaldırmağa, inkişaf etdirməyə hazıram (Lukaşenko bu məqamda Prezident İlham Əliyevə dönərək, “O zaman sən bunu mənə deyəndə neft hələ 100 dollar idi” deyir). Mən pulun məbləğini demirəm. İlham Əliyev dedi ki, mən dərhal ödəməyə hazıram, onlara de ki, bu məsələnin sülhlə həll olunmasına razı olsunlar. Mən bunu ilk dəfə ictimai şəkildə deyirəm”, - deyə Lukaşenko bildirib.

Bundan sonra Azərbaycan Prezidentinə dönən Belarus lideri bunu deməyindən onun narazı qalıb-qalmadığını soruşub. İlham Əliyev isə ona “Aleksandr Qriqoryeviç, nə istəyirsən danış. Sən artıq hər şeyi danışdın” deyə, gülərək reaksiya verib.

Lukaşenko daha sonra çıxışını davam etdirərək, Paşinyandan öncəki Ermənistan rəhbərliyinin bundan imtina etdiyini bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_xeber/352927.html