Ermənistanla informasiya savaşında Türkiyənin dəstəyi əvəzsiz oldu - Sevil Mikayılova

 14:22 15.04.2021     53

44 günlük zəfər müharibəsi dönəmində apardığımız informasiya savaşında Türkiyənin dəstəyi əvəzsiz oldu, bu istiqamətdə də Ermənistanı məğlub etdik.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Ermənistanın Azərbaycan və Türkiyə əleyhinə apardığı qara təbliğat kampaniyasının qarşısının alınmasında Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin çox böyük rol oynadı, yalan və böhtan ixrac edən Ermənistan media maşınını durdura bildi. İnformasiya mübarizəmizdə qardaş Türkiyənin məhz əməli dəstəyi xüsusi önəm daşıyıb, dünya birliyində obyektiv fikir formalaşmasını təmin edib.

"Vətən müharibəsi zamanı apardığımız informasiya savaşında Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin ilk gündən fəal və təsirli işinin şahidi olduq. Bu işdə Türkiyənin bütün aparıcı media kanalları fəallıq göstərdi. Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Hüseyn Altınalanın da Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında uğurlu əməyini xüsusi qeyd etmək lazımdır".

Millət vəkili əlavə edib ki, Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək tarixi zirvəsini fəth edib və bu bütün müstəvilərdə parlaq əks olunur.

Milli.Az 


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/940017.html