Ankaradan Rusiyaya PUA cavabı

 14:24 15.04.2021     38

Rusiya PUA almaq istəsə, onlara da satarıq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası diplomatik mənbələrə istinadən məlumat yayıb.

Mənbə Türkiyənin yerli və milli müdafiə sənayesi məhsullarını almaq istəyən ölkələr və ya özəl şirkətlər arasında fərq qoymadıqlarını bildirib:

"Digər ölkələr kimi, ön şərt qoyan bir ölkə deyilik. PUA-lar Rusiyaya və ya başqa bir ölkəyə qarşı deyil. Kim almaq istəyirsə, satışı həyata keçiririk".

Qeyd edək ki, Türkiyənin Ukraynaya PUA satması Rusiyanın etirazına səbəb olub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/turkey/939960.html