Xalq artiistindən maraqlı açıqlama - Arvaddan qorxmayan kişi yoxdur

 14:29 15.04.2021     44

"Toy müğənnisiyəm. Toyda yaxınlaşıb nə mahnı istəyirlərsə, oxumalısan. Orada "yox" söhbəti olmamalıdır".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Səməd Səmədov "Fəlidən doğru xəbər" proqramında deyib. Müğənni oxuduğu mahnıların ələ salınmasına cavab verib.

S.Səmədov pandemiyada efirə çıxmamasından bəhs edib:

"Bir ildir efirə getmirdim. Artıq insanlar məni yadda çıxarırdılar. Heç gizli keçirilən toylara da getməmişəm".

Müğənni "Demisiz sağlam qalmağımın iki səbəbi var: həyat yoldaşım və idman. İndi hansıdır? Hansı olmasa, yola verməmək olar? Qorxursan arvaddan" sözlərinə "Qidanın, sənə qulluq edənin öz yeri var. İkisi də bir-birini tamamlayır. Arvaddan qorxmayan kişi yoxdur" cavabını verib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/939956.html