Nura Suridən yenilik - VİDEO - FOTO

 14:39 15.04.2021     46

Müğənni Nura Suri doğum günündə yeni klipini və fotosessiyasını təqdim edib.

Milli.Az xəbər verir ki, sənətçi bir neçə ay öncə ifa etdiyi sözləri Azər Şirin, musiqisi Tərlan Məmmədhüseynova aid "Hərdən bir" adlı mahnısını ekranlaşdırıb. Klipi rejissor Emin Muradov və Elimaxography birlikdə ərsəyə gətirib.

"Bu klipi ad günümdə özümə və sizə hədiyyə edirəm. Həyatımızda "Hərdən bir" yox, hər zaman xoşbəxtlik və uğur bizimlə olsun" deyə, Nura bildirib.

İfaçının fotolarını Telman Heybətov çəkib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/939942.html