Türkiyə Rusiya-Ukrayna böhranında mövqeyini elan etdi

 14:51 15.04.2021     40

Türkiyə Rusiya və Ukrayna arasında böhranda tərəflərdən heç birini dəstəkləmir.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Türkiyə tərəflərə böhranın nizamlamasında dəstək göstərməyə hazırdır:

“Hazırda Donbasda problemlər var, lakin Minsk razılaşması mövcuddur. Biz tərəflərə problemi sülh və diplomatik yolla həlini təklif edirik. Türkiyə istənilən ölkənin ərazi bütövlüyünü dəstəkləyir. Rusiya və Ukrayna ilə ayrı-ayrılıqda münasibətlər qururuq”.

O, Türkiyənin Krımla bağlı siyasətinin aydın olduğunu söyləyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/552021.html