İstanbula uçan təyyarədə saçyoldu - VİDEO

 14:59 15.04.2021     35

İstanbula uçan təyyarədə saçyoldu davası yaşanıb.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, Tunisdən Türkiyəyə uçan təyyarədə dava çıxıb. Bu barədə "Hürriyet" xəbər yayıb.

İddialara görə, dava əvvəlcə qadınlar arasında başlayıb. Lakin sonra kişilərdən biri qadının saçını yolub və dava böyüyüb. Təyyarə işçiləri insanları ayırmaq istəsələr də, bunu bacarmayıb və kabinə polis çağırıblar. Bundan sonra nəhayət dava sakitləşib.

Nəticədə təyyarə beş saat gecikməli olub.

Davaya səbəb sərnişinlərin başları üzərindəki baqaj yeri olduğu deyilir.

Həmin görüntüləri təqdim  edirik:

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/939963.html