Ukrayna nüvə silahını geri tələb etdi

 15:07 15.04.2021     38

Qərb ölkələri Ukraynaya nüvə statusunun qaytarılması barədə düşünməlidir.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik deyib.

“Ukraynanın təkcə mənəvi dəstəyə yox, həm də müasir silah sistemlərinə ehtiyacı var. Yəqin ki, nüvə statusu haqqında düşünməyə dəyər”, – deyə o bildirib.

Qeyd edək ki, Ukrayna nüvə silahından 1994-cü ildə imtina edib. Onun nüvə silahından imtina etməsi qarşılığında təhlükəsizliyinə zəmanət verən ölkələr ABŞ, Britaniya və Rusiyadır.

Rusiya təhlükəsizliyinə zəmanət verdiyi ölkənin ərazisinin bir hissəsini – Krım da daxil olmaqla - 2014-cü ildən işğal edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/552022.html