Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil - XİN

 09:50 16.04.2021     41

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsi Ermənistan baş naziri N.Paşinyanın ölkə parlamentində söylədiklərini şərh edib.

Milli.Az-ın məlumatına görə, XİN-in şərhində deyilir:

"14 aprel tarixində Ermənistan Parlamentində çıxış edən baş nazir Nikol Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb.

N.Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil.

Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:

" Yurdumuzu çiynəyən

Sayğısız hər kim olsa.

İnan ki, çox sürmədən,

Diz çökəcək qarşıda."

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/940178.html