Ayrıldıqlarını təsdiqlədilər

 09:59 16.04.2021     38

Dünyaca məşhur müğənni Cennifer Lopez idmançı nişanlısı Aleks Rodrigezdən ayrıldığını təsdiqləyib.

Milli.Az axşam.az-a sitinadən xəbər verir ki, cütlüyün bu barədə birgə açıqlaması "Today" nəşrində yayımlanıb.

Dörd il münasibətdə olan sevgililər dost kimi ayrıldıqlarını bildirib:

"Biz başa düşdük ki, dost qalmağımız daha yaxşıdır. Çox ümid edirik ki, səmimi münasibətimizi saxlaya biləcəyik. Birgə işləməyə davam edəcəyik və ümumi layihələrdə biri-birimizə dəstək olacağıq. Uşaqlarımıza və özümüzə hər şeyin ən yaxşısını arzulayırıq".

Qeyd edək ki, Aleksin realiti-şou ulduzu Medison Lekroyla gizli eşq yaşadığı iddia edilir. Bir müddət əvvəl evlənmək istəyən Cennifer və keçmiş sevgilisinin toyu isə pandemiyaya görə 2 dəfə təxirə salınmışdı.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/940165.html