XİN Paşinyana şeirlə cavab verdi

 09:54 16.04.2021     38

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə parlamentində söylədiklərinə cavab verib.

Nazirliyin Mətbuat xidməti idarəsindən Publika.az-a bildirilib ki, aprelin 14-də Ermənistan parlamentində çıxış edən N.Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb.

"Nikol Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil.

Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:

"Yurdumuzu çiynəyən

Sayğısız hər kim olsa.

İnan ki, çox sürmədən,

Diz çökəcək qarşıda", - Azərbaycan XİN-dən bildirilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_xeber/353006.html