“8 Noyabr“ prospektində yenidənqurma - VİDEO

 10:04 16.04.2021     43

Bakının "8 Noyabr" prospektindəki işıq dirəklərinin dəyişdirilməsinə başlanılıb.

Prospektin əsasən sərt döngələrində indiyə qədər 50-yə yaxın işıq dirəyi yenisi ilə əvəzlənib və yenidənqurma işlərinin bir həftə ərzində davam edəcəyi gözlənilir.

Milli.Az REAL TV-yə istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Ayaz Hüseynov deyir ki, qurum tərəfindən yenilənmə işləri üçün bütün lazımi hazırlıqlar görülüb:

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə gələcəkdə baş verə biləcək qəza halları zamanı dirəklər zədələnməsin deyə, prospekt boyunca yerləşən səkilərdə struktur dəyişikliyini etməyi planlaşdırır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/940161.html