Hərbi Qənimətlər Parkı: giriş pullu olsun, ya pulsuz?

 10:06 16.04.2021     42

Hərbi Qənimətlər Parkı artıq vətəndaşların üzünə açılıb. Zəfər Parkına giriş iki manat təyin olunub. Toplanılan məbləğin hər ay YAŞAT Fonduna köçürüləcəyi və deməli, qazilərimizin, şəhid ailələrinin sosial müdafiəsinə xərclənəcəyi bildirilsə də, bəzi insanlar parka girişin pullu olmasını birmənalı qarşılamayıb.

Axar.az xəbər verir ki, deputat Fazil Mustafa Hərbi Qənimətlər Parkına girişin ödənişli olmasını doğru hesab etməyib. O qeyd edib ki, YAŞAT Fonduna ayrı-ayrı insanların ianələr etməsi daha doğru addımdır:

“Parka giriş pulsuz olmalıdır. Bütün vətəndaşların parkı ziyarət etmək hüququ var. Parka giriş pulsuz olsa, vətəndaşlar parkı daha rahat ziyarət edib, qələbə ruhunu yerində yaşaya bilər”.

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev isə yalnız məktəblilər və məktəbdən qrup şəklində sinif rəhbəri ilə gələnlər, qazilər, veteranlar üçün Parka girişin pulsuz olmasını təklif edib.

Deputat, xalq şairi Sabir Rüstəmxanlı da deyib ki, Hərbi Qənimətlər Parkını mümkün qədər çox məktəbli ziyarət etməlidir. O da hesab edir ki, Parka ödənişlə giriş qərarı məktəblilərə aid edilməməlidir.

Politoloq Elçin Mirzəbəyli də bu fikri müdafiə edib və məktəblilər üçün qiymətin çox aşağı olmasını təklif edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/552194.html