Bu kəndin sakinləri içməli su ilə imtahana çəkilir - VİDEO

 10:19 16.04.2021     40

Tovuzun Aşağı Öysüzlü kəndində sakinlər içməli su ilə imtahana çəkilir. 10 ildir su üzünə həsrət qalan kənd sakinləri içməli suya olan tələbatını avtomobillərlə daşıyaraq təmin edirlər. Aidiyyatı qurumlara müraciətlər də olunub, ancaq vəziyyət dəyişməyib. Sakinlərə verilən vədlər və gördüyümüz mənzərəni təqdim edəcəyik.

Milli.Az xezerxeber-ə istinadən xəbər verir ki, müxtəlif tutumlu qablarla uzaqdan su daşımasalar çaydanları boş qalar... Ya da hər reysinə 15 manat ödəməklə su çənlərini avtomobillərlə doldurmalıdırlar. Tovuzun Aşağı Öysüzlü kəndinin sakinləri içməli su ilə sınağa çəkilirlər.

Kəndə sonuncu dəfə 10 il əvvəl içməli su gəlib... Qonşu Əlibəyli kəndindən kəhrizdən gələn su dəmir borularla kəndi içməli su ilə təmin edib. Lakin sonradan dəmir borular sıradan çıxdığından suyun təminatı dayanıb.

Məsələ ilə bağlı "Azərsu" ASC-nin 8 saylı Tovuz Regional Sukanal İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, hazırda sözügedən ərazidə abonent dəqiqləşdirilmə işləri aparılır. Bu işlər tamamlandıq sonra həmin kənd muasir standarlara uyğun olaraq içməli su ilə təmin ediləcək.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/940153.html