Bu keçid piyadalar üçün təhlükə saçır - VİDEO

 10:29 16.04.2021     47

Bir piyada səkisi düşünün ki, insanların təhlükəsizliyinə xidmət etməkdənsə onların həyatını daha da təhlükəyə atır. "Belə bir keçid ola bilməz" deməyin. Çünki paytaxtın 20 Yanvar və Asif Məhərrəmov küçələrinin kəsişməsində belə bir piyada keçidi var. Elə növbəti xəbərimiz də bu keçidlə bağlıdır.

Milli.Az xezerxeber-ə istinadən xəbər verir ki, piyadaların təhlükəsizliyi üçün nəzərdə tutulan bu keçid əslində insanların həyatını təhlükəyə atır. 

Piyada keçidinin bir başı yolun kənarına əkilən dekorativ kolların üstünə çıxır. Bu səbəbdən keçiddən istifadə edən piyadalar keçidin sonunda avtomobil yoluna çıxmağa məcbur olurlar.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, bu barədə artıq məlumatlıdırlar.

Görünən isə odur ki, ərazidə ya keçid ləğv ediləcək, ya da dekorativ kollar. Hər halda bunu qabaqcadan nəzərə almaq olardı.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/940156.html