Türkiyə ilə rəqabət aparan 4 ölkə görüşür

 10:34 16.04.2021     41

İsrail, BƏƏ, Yunanıstan və Kipr xarici işlər nazirləri Cənubi Kiprdəki Pafos şəhərində görüşəcəklər.

Axar.az xəbər verir ki, bu məlumatı İsrail mətbuatı yayıb. Görüş bu gün və sabah keçiriləcək. Bu, adıçəkilən ölkələrin XİN rəhbərlərinin belə formatda ilk görüşü olacaq.

BƏƏ-nin XİN rəhbəri Abdulla ben Zayid əl-Nahyan görüşə onlayn qatılacaq, keçmiş XİN rəhbəri Ənvər Qarqaş isə görüşdə şəxsən iştirak edəcək.

Ümumilikdə görüşdə əsas müzakirə mövzusu Şərqi Aralıq dənizi, Yaxın Şərq və Fars körfəzi olacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/552191.html