Lənkəranda qadını vurub öldürən sürücü saxlanıldı - FOTO

 10:54 16.04.2021     36

Lənkəran rayonunda piyadanı vuraraq hadisə yerindən yayınan sürücü saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, aprelin 14-də axşam saatlarında Lənkəran rayonunun Şıxəkəran kəndi ərazisində müəyyən edilməmiş atomobillə həmin kəndin sakini Z.Əliyeva vurulub və nəticədə piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış "Vaz 2107" markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Xolmili kənd sakini Samid Hacıyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/country/940173.html