Yanacaqdoldurma məntəqəsində uşaq dünyaya gətirdi - VİDEO

 10:59 16.04.2021     46

Türkiyədə maraqlı hadisə baş verib.

Milli.Az xəzərxəbər-ə istinadən xəbər verir ki, hamilə qadın yanacaqdoldurma məntəqəsində dayanmış avtomobildə uşaq dünyaya gətirib. 

Avtomobildə doğan Linda Mələk adlı qadın həmin anlar çox qorxduğunu bildirib.

"Uşağa bir şey olacağından qorxdum. Həmin anda özümü düşünmürdüm", - deyə Linda Mələk bildirib.

Hamilə həyat yoldaşını xəstəxanaya aparan kişi çətin vəziyyətə düşüb. Həkim yoxlanışından sonra həyat yoldaşını digər xəstəxanaya apararkən qadının doğumu başlayıb.

Kişi xəstəxanaya çata bilməyəcəklərini görüb yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə girib. Ətrafdakı insanları köməyə çağırıblar. Qadın sağlam uşaq dünyaya gətirib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/940160.html