Bu, oyundur: Kreml sadəcə blef edir – KQB zabiti

 11:00 16.04.2021     51

Moskva Donbasda genişmiqyaslı savaş üçün qırmızı düyməyə basmayacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin keçmiş kurs yoldaşı və SSRİ DTK-nın keçmiş kəşfiyyatçısı Yuri Şveç deyib. Şveç Moskvanın Donbasla bağlı hazırkı hərəkətlərinin blef olduğunu bildirib:

“Tezis belədir ki, Kremldə qırmızı düyməyə basmağa hazır olan yaxşı oğlanlar əyləşiblər. Ağ Ev, Paris, Londonda isə zəiflərdir. Əgər lazım olsa, biz basacağıq. Bu blefdir. Eyni şeyi SSRİ də edirdi”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/552200.html