12 yaşlı qızlarını pula satan valideynlər saxlanıldı

 11:14 16.04.2021     34

İspaniya polisi valideynlərin satdığı 12 yaşlı qızı xilas ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "El Pais"in xəbərinə görə, əməliyyat zamanı üç Rumıniya vətəndaşı - evli cütlük və onların qohumu saxlanılıb.

Bildirilir ki, uşağın artıq bir neçə gün məktəbə gəlmədiyi barədə polisə məlumat verildikdən sonra hüquq-mühafizə işçiləri axtarışa başlayıblar.

Bəzi mənbələr qızın valideynləri tərəfindən təxminən 4 000 avroya satıldığını iddia edir.

Müstəntiqlər nəzarətə alınan hər iki ailənin mənsub olduğu etnik qaraçı ayininə görə qızı evləndirmək istədiklərini istisna etmir.

Hüquq-mühafizə işçiləri qızın aparıldığı Monte-Alto rayonuna gediblər. Yeniyetmə hansısa zorakılğa məruz qalıb-qalmamasının müəyyən edilməsi üçün tibbi ekspertizadan keçiriləcək.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/940177.html