Monika Belluçi yeni obrazda maraq yaratdı - FOTO

 11:34 16.04.2021     30

Dünyanın ən gözəl qadınlarından biri sayılan Monika Belluçi yeni film üçün obrazı ilə böyük maraq yaradıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "BAZAAR" xəbər yayıb.

Belə ki, o, "The Befana Comes At Night 2: The Origins" filmində cadugər rolunda oynayacaq.

Bununla bağlı ilk görüntülər artıq sosial mediaya sızıb. Kadrlarda aktrisa əsl cadugər kimi geyinib: şlyapa, uzun qara paltar və qara plaş. Uzun qara saçlarını isə aktrisa çal saçlarla əvəzləyib. Aktrisanın yeni aksesuarı süpürgədir.

Filmin çıxış tarixi hələ bəlli deyil, ancaq reliz ilin sonuna planlaşdırılıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/940164.html