Yunanıstanın qaz idxalında Azərbaycanın payı açıqlanıb

 11:38 16.04.2021     37

2021-ci ilin ilk üç ayı ərzində Yunanıstanın qaz idxalında Azərbaycan qazının payı təxminən 18 faiz təşkil edib.

Trend bu barədə Yunanıstan KİV-lərinə istinadən məlumat verir.

Hesabat dövründə Yunanıstan 3,47 teravatt/saata yaxın Azərbaycan qazı idxal edib.

Eyni zamanda ölkənin mayeləşdirilmiş təbii qaz idxalı birinci rübdə 50 faiz azalıb.

Hazırda Yunanıstanda qaza tələbat təxminən 5 milyard kubmetr təşkil edir, onilliyin sonunda isə bu rəqəmin 7 milyard kubmetrədək artması gözlənilir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/940226.html