Eldar Quliyevin dəfn olunacağı yer müəyyənləşdi

 11:38 16.04.2021     30

Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevin dəfn olunacağı yer müəyyənləşib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, E.Quliyev Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq. Bu qərar Xalq artistinin vəsiyyətinə uyğun olaraq ailəsi tərəfindən qəbul edilib. E.Quliyev mərhum həyat yoldaşının yanında torpağa tapşırılacaq. (report)


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/353024.html