Piyada zolağı kollara doğru çəkildi: Qurum hərəkətə keçdi

 13:35 16.04.2021     37

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının 20 Yanvar və Asif Məhərəmov küçələrinin kəsişməsində piyada zolağının dekorativ kollara doğru çəkilməsini nəzarətə götürüb.

AAYDA-dan Axar.az-a verilən məlumata görə, bu gün səhər saatlarında agentliyin Şəhər yollarının istismarı və təmiri şöbəsinin rəisi, həmçinin Bakı Nəqliyyat Agentliyinin məsul şəxsi ərazidə olaraq problemlə yerindəcə tanış olub və sözügedən qüsurun aradan qaldırılması üçün tapşırıqverilib. Atılacaq addımlar barədə yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/552247.html