Avropada məhdudiyyətlər uzadılır

 13:59 16.04.2021     30

Avropada koronavirusla bağlı vəziyyət ciddi olaraq qalır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bölgədə hər həftə bir milyon yarım yeni yoluxma qeydə alınır.

Yunanıstanda reanimasiyada kifayət qədər yer yoxdur. Xəstə axınının çox olması səbəbindən Fransa və Almaniyadakı xəstəxanalar da dolub.

"Önümüzdəki iki həftə ərzində reanimasiya şöbələrində ən az 6 000 xəstənin olacağını gözləyirik. Bu, səhiyyə sistemimizin imkanlarını aşacağı anlamına gəlir. Və ən vacib prioritetlərimizdən biri bunun qarşısını almaqdır", - deyə Almaniya Səhiyyə naziri Yens Şpan bildirib.

Almaniyada son bir gündə - 31 min yoluxma qeydə alınıb. Bu, keçən yaz qeydə alınan pik göstəricidən beş dəfə çoxdur.

İsveçdə xəstələrin sayı artmağa davam edir. Hər gün demək olar ki, 9 000 nəfər virusa yoluxur. İnfeksiya nisbəti baxımından ölkə Avropada liderlərdən biridir.

Xorvatiya rəhbərliyi də məhdudlaşdırıcı tədbirləri uzadır. Artıq ölkənin hər yerində nəqliyyatda maska ​​rejimi tətbiq edilir. Kafe və restoranlar yalnız yay verandalarında xidmət göstərir.

London epidemioloqları Britaniya paytaxtında da məhdudiyyətlərin qaytarılmasının mümkünlüyünü istisna etmirlər. Londonun cənubunda Cənubi Afrika ştammı ilə onlarla yoluxma qeydə alınıb.

Həkimlər hesab edirlər ki, yoluxanların sayının artmağa davam edəcəyi təqdirdə təcridə qayıtmaqdan başqa bir yol qalmayacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/europ/940242.html