Bakıda gənc oğlanı qatar vurdu, araşdırma başladı

 14:13 16.04.2021     79

Bakıda gənc oğlanı qatar vurmasına görə hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildiriblər.

Qeyd olunub ki, hadisə nəticəsində 1993-cü il təvəllüdlü İmişli rayon sakini Ələsgərov Pərvin Nizami oğlu dünyasını dəyişib: "Bu gün səhər saat 08:07 radələrində Bakı-Yalama elektrik qatarı Keşlə stansiyası ərazisində hərəkətdə olarkən bədbəxt hadisə baş verib. 1993-cü il təvəllüdlü İmişli rayon sakini Ələsgərov Pərvin Nizami oğlu qəflətən qatarın qarşısına çıxıb. Pərvin Ələsgərov aldığı bədən xəsarətindən hadisə yerində dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/353043.html