"Speys"də yeni layihə: “Zamirə ilə açıq söhbət”

 15:01 16.04.2021     34

Speys TV-nin efirində yeni layihə başlayıb. Verilişdə tanınmış, cəmiyyətdə mövqeyi olan, sayılıb-seçilən, maraqlı və fərqli insanlarla açıq söhbət nəzərdə tutulub.

Axar.az xəbər verir ki, layihədə həyatda baş verənlərdən, bugünümüz və dünənimizdən, sevgidən, sevgisizlikdən, həmsöhbətlərin həyata baxışından, yanlış ve doğrulardan danışılacaq, mövzulara fərqli baxış, maraqlı fikirlər, kreativ yanaşmalar sərgilənəcək. Bu da qonaqların nə qədər səmimi, dürüst ve komplekssiz olmasından asılıdır.

"Düşünürük, söylədikləri fikirlərin, verdikləri məsləhətlərin gənclərə, ümumiyyətlə, cəmiyyətə bir faydası olacaq. Qəhrəmanları yanlışları və dogrularıyla göstərməyə çalışacağıq.

Hər halda maraqlı insanların maraqlı fikirlər söyləyəcəklərinə, bəsit düşüncələrinin olmadığına güvənərəkdən bu yola çıxdıq", - kanaldan verilən açıqlamada qeyd edilib.

Verilişin ilk 3 sayı çəkilib - millət vəkili, yazıçı Aqil Abbas, xalq artisti, aktyor Rasim Balayev, tibb elmləri namizədi, alim Rəşid Mahmudov.

Veriliş həftənin cümə günü saat 23.00-da efirə gedəcək.

Verilişin ilk təqdimatı 16 aprel, saat 23.00-da olacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/552269.html