"Neftçi" "Zirə"ni darmadağın etdi

 23:21 17.04.2021     60

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.

Axar.az xəbər verir ki, "Neftçi" "Zirə"ni qəbul edib. "Bakcell Arena"dakı qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə bütün qollar ikinci hissədə vurulub. 47-ci dəqiqədə çempionatın bombardiri Namik Ələskərov hesabı açıb. 74-cü dəqiqədə Mirabdulla Abbasov 2-ci topu rəqibin qapısından keçirib. Cəmi 3 dəqiqə sonra Ələskərov dubl edib. Bu, onun Premyer Liqada 16-cı qolu olub. Son nöqtəni isə matçın əsas vaxtına əlavə olunmuş sonuncu - 2-ci dəqiqədə Stiven Jozef-Monroz qoyub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/552595.html