Karantin rejimi ilə bağlı BƏD xəbər - 2 ayda Azərbaycanda...

 23:36 17.04.2021     55

Yaxın iki ayda getdikcə Azərbaycanda da yoluxma sayında artım müşahidə olunacaq".

Milli.Az qaynarinfo-ya istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesusun dünyada koronavirus infeksiyasının ən pik nöqtəyə çatacağı ilə bağlı proqnozuna aydınlıq gətirərkən deyib. İnfeksionistin fikrincə, nəticədə ölüm hallarında artım müşahidə olunacaq:

"Mən onun fikirlərini dəstəkləyirəm. Ona görə ki, təkçə mart ayı ərzində Azərbaycanda yoluxmalar 10 dəfə artıb. Martın əvvəlində yoluxma halları 150-200 nəfər idisə, ay sonu 2000-2300-ə çatdı. Tək Azərbaycanda deyil, qonşu ölkələrdə, məsələn, Türkiyədə də yoluxmalar artdı. Türkiyə müəyyən qapanmalar tətbiq elədi. Digər əlaqələrim olan Rusiyada da yoluxma halları artıb. Yoluxmalar getdikçə artacaq".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus dünyada koronavirusun yayılmasının pik nöqtəyə çatacağı vaxtı proqnozlaşdırıb. Baş direktor "Dünyada həftəlik yeni yoluxma hallarının sayı son iki ayda təxminən iki dəfə artıb və bütün pandemiya dövründə gördüyümüz ən yüksək yoluxma sayına yaxınlaşır", - deyə qeyd edib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/940644.html