Gəncədə azyaşlı dəm qazından zəhərlənib

 23:54 17.04.2021     55

Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Bağmanlar yaşayış massivində qeydə alınıb.

Sözügedən ünvanda yaşayan azyaşlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə azyaşlı yaşadığı evin vanna otağında zəhərlənib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/940648.html