Goranboyda vəzifəli şəxs koronavirusdan ölüb

 23:57 17.04.2021     60

Goranboyda icra nümayəndəsi koronavirusdan ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Sarov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi 1961-ci il təvəllüdlü Mustafayev Kəmaləddin Mustafa oğlu bu gün günorta saatlarında vəfat edib.

O bir neçə gün əvvəl yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxubmuş.

Qeyd edək ki, K.Mustafayev 20 ilə yaxındır ki, bu vəzifədə çalışırdı.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/940650.html