Baltikyanı ölkələrdə elektrikin qiymətində kəskin ucuzlaşma

 00:27 18.04.2021     54

Baltikyanı ölkələrdə elektrik enerjisinin topdansatış qiyməti aşağı düşüb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Litvanın elektrik şirkəti “Elektrum Lietuva” yayıb.

Bildirilib ki, Litvada elektrik enerjisinin qiyməti ötən ay ərzində 19 faiz azalaraq bir meqavat/saata görə 48,02 avro, Latviya və Estoniyada isə 26 faiz geriləyərək 43,55 avro təşkil edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/552615.html