Rusiya səfirliyinin 18 kəşfiyyatçısına 48 saat VAXT VERİLDİ

 00:31 18.04.2021     48

Çexiya yerli xüsusi xidmət orqanlarının iddiasına görə Rusiya Federasiyası səfirliyinin həmin ölkənin kəşfiyyat zabiti olan 18 əməkdaşını ərazisindən çıxarır.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin birinci müavini və daxili işlər naziri, həmçinin xarici işlər nazirinin vəzifələrini müvəqqəti icra edən Yan Qamaçek bildirib.

Onun sözlərinə görə, həmin şəxslər Rusiya kəşfiyyatının zabitləridir.

“Rusiya səfirliyinin 18 əməkdaşı 48 saat ərzində Çexiyanı tərk etməlidir”, - o deyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/mdb/353185.html