Sabirabadda ikimərtəbəli ev yandı

 04:30 18.04.2021     51

Sabirabad rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyndən Publika.az-a verilən məlumata görə, rayonun Yenikənd kəndində ümumi sahəsi 192 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/353187.html