“Barselona” finalda rəqibini darmadağın etdi

 05:30 18.04.2021     43

“Barselona” klubu tarixində 31-ci dəfə İspaniya Kubokunu qazanıb.

Publika.az xəbər verir ki, “Barsa” finalda “Atletik”i darmadağın edib - 4:0.

Sevilyadakı “Olimpiya” stadionunda keçirilmiş görüşdə qolların hamısı ikinci hissədə vurulub.

Antuan Qrizmann 60-cı, Frenki de Yonq 63-cü, Lionel Messi 68-ci və 72-ci dəqiqələrdə fərqlənib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/353188.html