ABŞ-da atışma: 8 ölü, 60-a yaxın yaralı

 08:00 18.04.2021     42

ABŞ-ın İndianapolis şəhərində baş verən atışma nəticəsində səkkiz nəfər həlak olub.

Publika.az xəbər verir ki, hadisə yerli hava limanının yaxınlığında yerləşən “FedEx” logistika şirkətinin binasında baş verib.

Atışma nəticəsində 60-a yaxın insan yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

İlkin məlumatlara görə, insidenti törədən şəxs intihar edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/abs/353192.html