Dünyada koronavirusa yoluxanların sayı 139 milyonu ötüb - ÜST

 09:11 18.04.2021     37

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 805 mindən çox artıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 805 794 nəfər yeni koronavirusa yoluxub, 13 171 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 139 501 934, ölənlərin isə 2 992 193 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 31 176 938 nəfər. Siyahıda daha sonra Hindistan (14 526 609), Braziliya (13 746 681), Fransa (5 144 295), Rusiya (4 693 469), Böyük Britaniya (4 383 736), Türkiyə (4 150 039), İtaliya (3 842 079), İspaniya (3 396 685), Almaniya (3 123 077), Polşa (2 675 874) və Argentina (2 629 156) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/940652.html