Kəsilməyən öskürək ölümcül xəstəliyin əlamətidir: Körpələr də 70 faiz...

 09:24 18.04.2021     40

"Üç həftədən çox davam edən öskürək astmanın xəbərçisi ola bilər".

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Dr. Fulya Gürkan deyib.

O bildirib ki, həftələrlə davam edən öskürəyə laqeyd yanaşma ciddi fəsadlara yol açır:

"Astmanın meydana gəlməsində həm genetik, həm də ətraf ünsürlərinin rol oynayır. Əgər bir valideyn astma xəstəsidirsə körpə yüzdə 20-30, həm ana və həm də ata eyni xəstəliyə düçar olublarsa yüzdə 60-70 nisbətində astmalı ola bilər".

"Nəfəs darlığı olmadan yalnız öskürəklə seyr edǝn astma tipləri də mövcuddur. Uzun sürən və üç həftəni keçən öskürəkləri araşdırmaq tələb olunur", - deyə Gürkan xəbərdarlıq edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/sehiyye/353199.html