Baydenin Putin hədəfi: üçüncü yol seçildi

 09:30 18.04.2021     42

ABŞ Prezidenti Co Bayden Rusiya ilə münasibətlərdə üçüncü yolu seçib.

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın "Di Zayt" (Die Zeit) qəzetinin jurnalisti Mixael Tumanın məqaləsində bildirilib.

Məqalədə qeyd olunur ki, öncə Bayden rusiyalı həmkarı Vladimir Putini neytral ərazidə görüşməyə çağırır və bu da Moskva ilə Vaşinqton arasındakı münasibətlərdə yumşalma hissi yaradır. Lakin tezliklə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir və rus diplomatları qovur. Bu şəkildə Bayden sələfi Donald Trampın siyasətini rədd etdiyini nümayiş etdirir, eyni zamanda danışıqlar təklifini qüvvədə saxlayır. Yeni məhdudiyyətlər Baydenin Moskva ilə "sərt münasibətlər" qurmaq istədiyini izah edir və mümkün görüşə mane olmur.

Beləliklə, ABŞ Prezidenti Rusiya ilə münasibətlərdə mümkün üçüncü yolu göstərir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/552622.html