Yaponiyada 5,8 bal gücündə zəlzələ oldu

 09:36 18.04.2021     36

Aprelin 18-də Yaponiyanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, yeraltı təkanların episentri Miyaqi prefekturasında, ocağı 50 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilsə də tezliklə ləğv olunub.

Yeraltı təkanların Yaponiyanın mərkəzi, şimal və şimal-şərq hissələrində yerləşən Miyaqi, Fukuşima, İvate prefekturalarında və paytaxt regionunda hiss olunduğu bildirilir.

“Tohoku Electric Power Co.” şirkəti Miyaqi prefekturasında yerləşən “Onaqava” AES-də ştatdankənar vəziyyətin qeydə alınmadığını bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/dunya/353201.html