Şvartseneggerin oğlundan qəribə etiraf

 09:51 18.04.2021     44

Hollivud ulduzu Arnold Şvartseneggerin oğlu Patrik atası haqqında maraqlı açıqlama verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, qatıldığı proqramlardan birində Arnoldun 1980-ci illərdə çəkildiyi "Terminator" filminin təsirindən hələ də çıxa bilmədiyini etiraf edib:

"Atam evdə də özünü terminator kimi aparır. Ümumiyyətlə çəkildiyi məşhur filmlərin təsirindən çıxa bilmir. Gündəlik həyatımızda belə ondan filmlərdə işlətdiyi cümlələri eşidirik. Bu normal hal olmasa da, özünü daim çəkiliş meydanında hiss edir".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/940658.html