“Opel” və “NAZ-Lifan” toqquşdu, 2 nəfər yaralandı

 10:03 18.04.2021     44

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin"112" qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində "Opel" və "NAZ-Lifan" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan "NAZ - Lifan" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/940655.html