ABŞ-da silahlı hücum - Ölən və yaralanan var

 10:16 18.04.2021     44

ABŞ-ın Omaha şəhərində (Nebraska ştatı) ən azı bir nəfər atışma nəticəsində ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsinin saytında yerləşdirilən açıqlamada bildirilib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, naməlum şəxs ticarət mərkəzlərindən birinin birinci mərtəbəsində atəş açıb. Güllə yarası alan iki yaralanan şəxs, daha sonra dünyasını dəyişən bir nəfər də daxil olmaqla xəstəxanaya aparılıb.

Şübhəli şəxs hadisə yerindən qaçmağı bacarıb, polis onun axtarışını aparır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/940662.html